Polad Bülbüloğluna nə olub? - Yayılan video ilə bağlı rəsmi açıqlama

17 İyul 2024
6697eec5c6054202407241813
5655

Sosial şəbəkələrdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun özünü pis hiss etməsi ilə bağlı videomüraciət yayılıb.

Show.az xəbər verir ki, axsam.az-a Azərbaycanın Rusiyadakı diplomatik missiyasından verilən məlumata görə, görüntülər həqiqəti əks etdirmir.

“Feysbuk sosial şəbəkəsində Azərbaycannın Rusiyadakı səfiri Polad Bülbüloğlunun adından guya özünü pis hiss etməsi, həkimlərə müraciət etməsi və məcburi müalicə kursu keçməsi ilə bağlı videomüraciət yayılıb. Nəzərə çatdırırıq ki, “deep-fake” texnologiyası ilə hazırlanmış bu videomüraciət reallığa uyğun gəlmir və yalan məlumatları əks etdirir. Bu video ilə bağlı tədbir görüləcək”,- nümayəndəlikdən bildirilib.

Qeyd edək ki, bir müddət əvvəl Xalq artisti Flora Kərimovanın adından da süni intellekt vasitəsi ilə hazırlanan saxta video yayılmışdı.