Atası ilə yanaşı dəfn edilən Nəsibə Məmmədovanın payızda toyu olacaqmış - VİDEO

16 Avqust 2024
66bed02283c12202408240554
1871

Cəlilabad rayonunun Moranlı kəndində quyuya düşərək boğulan ata və qızının ölümü ilə bağlı yeni təfərrüat ortaya çıxıb.

Belə ki, həmin gün 43 yaşlı Həsənağa Məmmədov qonşu kənddə qonaq olduğu üçün hadisədən vaxtında xəbər tuta bilməyib. Ailənin iki övladı var idi: biri qız, biri oğlan. Nişanlı olan Nəsibə Məmmədovanın toyu payızda olacaqdı.

Ata və qızı Moranlı kənd qəbiristanlığında dəfn ediliblər.

Ətraflı Baku TV-nin süjetində:


15 avqust, 19:48

Cəlilabad rayonunun Moranlı kəndində quyuya düşərək boğulan ata və qızının ölümü ilə bağlı təfərrüat məlum olub.

"Report"un məlumatına görə, 1981-ci il təvəllüdlü Həsənağa Məmmədov təxminən 15 metr dərinliyində olan su quyusuna düşən qızı, 2004-cü il təvəllüdlü Nəsibə Məmmədovanı xilas etməyə çalışarkən özü də quyuya düşərək boğulub.

Hadisə zamanı qız evdə tək olub. Qonşu kənddə qonaq olan ata evə qayıtdıqdan sonra qızını axtarmağa başlayıb və onun ayaqqabılarını quyunun kənarında görüb. Qızının quyuya düşdüyünü başa düşən ata su şlanqı vasitəsilə onu çıxarmağa çalışıb. Lakin şlanq qırıldığı üçün o da boğularaq dünyasını dəyişib.

Kənd sakinlərinin sözlərinə görə, qız adətən quyudan kəndir vasitəsilə su çəkirmiş. Hadisə zamanı isə evin xanımı Bakıda müalicədə olub.

Qeyd edək ki, dünyasını dəyişən Nəsibə Məmmədova nişanlı imiş.