"Bir paltarı iki dəfədən çox geyinə bilmirəm" - Sənətçi

06 May 2025
681a02bd6f254202505253821
121

Müğənni Lətifə Soyuöz geyimlərini satışa çıxaracaq. 

Sənətçi bu haqda "İncə səhər" verilişində danışıb. Sənətçi bildirib ki, artıq paltarlarının çoxunu satış üçün ayırıb:

"Bir paltarı bir, ən çox ikinci dəfə geyinirəm. Sonra geyinə bilmirəm. Qalmasına da heyfim gəlir. Hər adama da vermək olmur. Fərqlilik axtaranlara verə bilərəm. Kimsə özəl kolleksiyadan özəl geyim istəsə götürə bilər". / Axsam.az