"Məndən ötrü ölənlər olub" - Əli Mirəliyev yeni imicindan danışdı - VİDEO

01 May 2024
6631f97a2054c202405241242
1301

“Mən heç vaxt imicimi dəyişməmişəm, bu barədə düşünməmişəm. Xahiş ediblər ki, 10 dəqiqəlik parik taxım, düz 10 gün dil töküblər, məcbur olub razılaşmışam”.

Show.az xəbər verir ki, bunu “Qaynarinfo”ya açıqlamasında müğənni Əli Mirəliyev illər sonra görünüşünün 180 dərəcə dəyişməsinə aydınlıq gətirərkən deyib.

Sənətçi bunun şou olduğunu əlavə edib:

“Bizimkilər yaxşı şeyi efirə verməzlər, nəyi mənfi görürlərsə, onu da gündəmə gətirirlər. Dedilər ki, gəl belə bir şou edək, parik qoyanlar özlərini görsünlər. Mən də razı oldum. Zəng edib deyirlər ki, belə daha gözəl görünürsən. Həmin adamlar mənim cavanlığımı görməyiblər. Vaxtında məndən ötrü ölənlər olub. Dərdimdən dəli-divanə idilər. Yaraşıqlı oğlan idim”.

Əli Mirəliyev parik geyinən və botoks etdirən kişi həmkarlarına mesaj ünvanlayıb:

“İnsan hər yaşında gözəl və təbii olmalıdır. Kişi botoks etdirməz, saçına rəng qoymaz, saç əkdirməz. Kişi də saçını rəngləyər? Mən bunlara qarşı həmişə mübarizə aparmışam, aparacağam da. Parik taxanlar görsünlər ki, uzaqdan necə pis görünürlər”.

Qeyd edək ki, müğənni Əli Mirəliyev efirlərin birinə parikdə çıxıb. Onun bu görünüşü geniş müzakirəyə səbəb olub.