Xanımlar özünü mənə bənzədir - Müğənni Nəfəs

30 Aprel 2025
6811c4b9a9dd1202504253537
607

Müğənni Nəfəs açıqlamaları ilə diqqət çəkib.
“Gün ortası” verilişində qonaq olan Nəfəs səhnədə ondan əvvəl çox müğənninin performans göstərmədiyini iddia edib:
“Hazırda özünü mənə bənzədən o qədər xanım var. Deməli, şou-biznes nümayəndəsiyəm ki, mənə oxşadırlar.

Mən səhnəyə gəlməzdən öncə müğənniləri izləyirdim. Səhnədə belə performans göstərən, mahnısını hiss edərək oynayan çox az müğənni var idi. Təbii ki, Xalq artistlərimizə şamil etmirəm. Məndən sonra toylarda məni plagiat etdilər, tamaşçılarla xoş ünsiyyət yaratmağa çalışdılar.

Mənim səhnədə çiyin atmaq hərəkətimi də etdilər. Başladılar rəqslərə... Sözüm odur ki, şou-biznesin yaxşı nümayəndəsiyəm ki, xanımlar özlərini mənə bənzədirlər. O performansım üçün cəsarət lazımdır. Olsa, onu da edəcəklər...”. / Bizim.media