“Kurtlar vadisi”nin məşhur aktyoru Azərbaycandan vətəndaşlıq istədi - VİDEO

17 May 2024
66467bbbe8c21202405243347
987

“Kurtlar vadisi” serialında Kenan Çekiç obrazını canlandırmış aktyor Orhan Aydın Azərbaycan vətəndaşı olmaq istədiyini deyib.

“Çingene kızı zeugma” filminin təqdimatına görə Bakıya gələn sənətçi “Günaylı gün” verilişində də qonaq olub. O, bu barədə proqramda danışıb:

“Rumınyada yaşayıram. Mən bura gələndə bu qədər inkişaf etmiş yer düşünmürdüm. Buradan cənab Prezident İlham Əliyevə söyləyirəm, mənə vətəndaşlıq verin. Mən burada yaşayaram. Mən bu qədər mükəmməl şəhər görməmişəm. Çox gözəl şəhərdir”. / Olay.az