Azərbaycanlı müğənnilərin əl yandıran toy qiymətləri: 15-20 min azn - SİYAHI

19 Mart 2024
65f9701e8a5d0202403245942
2219

Yerli məşhurların şəxsi həyatı, lüks malikanələri, bahalı avtomobilləri qədər toy qiymətləri də daim müzakirə edilən mövzulardandır. Övladının şad günündə müğənniləri görmək istəyənlər isə bunun üçün ətək-ətək pul ödəməlidirlər desək, yanılmarıq.

Baku.ws bu dəfə məşhurların toy qonorarlarının nə qədər olduğunu araşdırıb. Məlum olub ki, yarım saatlıq çıxış üçün qiymət bütöv toy qiymətindən ən azı 3 dəfə az olur. Yarım saatlıq ifaya 4-5 mahnı daxildir. Toyu əvvəldən sona kimi idarə edən müğənnilər ansambl, aparıcı, rəqs qrupu və ümumi şou-proqramın xərclərini də xidmət haqqına əlavə edir. Bu səbəblə də sənətçilər bütov toy idarəsi üçün yüksək məbləğdə pul tələb edirlər.

Show.az tanınmış müğənnilərin toy qiymətlərini təqdim edir:

Xalq artisti Brilliant Dadaşova toyda yarım saata 6000 AZN qonorar əldə edir. Məclisdə ansamblla çıxış edərsə, sənətçinin alacağı məbləğ 15000 AZN-ə qədər yüksəlir.

Xalq artistləri Aygün Kazımova, Röya Ayxan və Miri Yusif toyda yarım saata 8000 AZN qazanırlar.

Xalq artisti Faiq Ağayev məclisdə yarım saatı 4000 AZN-ə, bütöv toyu isə 8000 AZN-ə oxuyur.

Xalq artisti Tünzalə Ağayeva toydan yarım saata 4000 AZN qonorar əldə edir.

Xalq artisti Zülfiyyə Xanbabayeva məclisdə yarım saatı 4500-5000 AZN-ə çıxış edir.

Əməkdar artist Elton Hüseynəliyev toydan yarım saata 4000 AZN qonorar əldə edir. Məclisdə ansamblla çıxış edərsə, 12000 AZN qazanır.

Əməkdar artist Abbas Bağırov məclisdə ansamblla birgə 20000 AZN-ə çıxış edir. 


Əməkdar artist Könül Kərimova toyda yarım saatı 3000 AZN-ə, ansambl ilə 8000 AZN-ə oxuyur.

Əməkdar artist Ədalət Şükürov məclisdə yarım saatı 3000 AZN-ə oxuyur. 

Əməkdar artist Xumar Qədimova toyda yarım saatı 4000 AZN-ə çıxış edir. 

Əməkdar artist Manana Caparidze məclisdə yarım saata 4500 AZN qonorar əldə edir.

Müğənni Xatirə İslam toyda yarım saatı 3500 AZN-ə çıxış edir. Bütün toyu isə 10000 AZN-ə oxuyur.

Meyxanaçı Namiq Qaraçuxurlu məclisdən yarım saata 3000 AZN qazanır.

Müğənni Nadir Qafarzadə toyda yarım saatı 4000 AZN-ə oxuyur.

Müğənni Günay İbrahimli və Sevda Yahyayeva məclisdə yarım saatı 3000 AZN-ə çıxış edirlər.

Müğənni Rüfət Axundov toyda bir saatı 2000 AZN-ə, bütün toyu 4000 AZN-ə oxuyur.