Çox kişinin xəyalındakı xanımam, amma əlçatan deyiləm: Şok açıqlama - Foto

20 Mart 2025
67db2faacc989202503255714
5075

Modellik fəaliyyəti ilə məşğul olan Aytac Show.az-a müsahibə verib. 

- Salam. Aytac xanım müsahibə üçün çoxdan çalışsaq da, vaxt ayıra bilmirdiniz. Deyəsən işləriniz çoxdur?

- Bəli çox yorğunam çəkilişlərim çoxdur, elə indicə çəkilişdən gəlirəm. Səhər 8-dən çəkilişə başlamışıq gərgin gün idi.

- Elə isə, vaxt itirmədən suallara keçək. Sizi tanıyaq?

- Deməli, adım Aytac ama “Aytac85” deyək. 25 yaşım var 20 yaşımdan ilk çəkilişi təklifimi almışdım televiziyaya. Bu mənim üçün inanılmaz idi. Orta məktəbdən xəyalım olub model həvəsi, həm də uca boy olduğuma görə. Ətrafım da dəstəkləyirdi.

- 85 nəyi ifadə edir?

- O sirrdir

- Fiziki baxımdan seçilirsiniz. Yəni, qəşəng və cəlbedici xanımsınız. Son dövrlərin “silikon modası”na siz də müraciət etmisiniz? Estetik müdaxilələr var?

- Belə deyim, özümlə bağlı heç bir kompleksim yoxdur. Boyum 1.80 çəkim 65-dir.  Çox şükür edirəm. Təbii olmaq gözəldir mənə görə.

67db2fac2b4dc202503255716

- Silikonla gözəlləşməyə çalışan qadınlara münasibətiniz?

- Silikonla gözəlləşməyə çalışan xanımlar mənə görə çox normaldır. Çünki, hər xanım gözəl görünmək istəyər. Amma təbii ki, çox abartmamaq lazımdır.

- Bəyəndiyiniz sənətçilər var? Kimlərdən öyrənməyə çalışırsınız?

- Aygün Kazımovanı çox sevirəm, uşaqlıqdan demək olar ki, heyranlıqla izlədiyim Aygün xanım olub. Hər zaman baxımlı cəlbedicidir.

- Sosial mediada foto və reklam videolarınız diqqət çəkir. Geyim təzinə görə, tənqid edənlər də var, təqdir edənlər də. Rəyləri oxuyursunuz?

- Bəli. Təbii olaraq müsbət rəylər olduğu kimi mənfi rəylər də olacaq. İnsanlar tanımadan bəzən rəy bildirdirlər, amma onların mənfi fikirləri məni ruhdan salmır. Əksinə, daha çox irəli getməyə güc yaradır. Mənfi rəyi daha çox xanımlardan almışam. Məsələn, yazırlar ki, estetikli gözəlsən heç bir təbiilik yoxdur.

- Ölkədə model sənəti birmənalı qarşılanmır. İşinizin çətin tərəfləri nələrdir?

Model uzaqdan asan görünür. Amma heç göründüyü kimi deyil. Yuxusuz qaldığımız günlər olur. Bu işin ən çətin tərəfi həm bəylər, həm də xanımlar tərəfindən qısqanılmaq olur.

- İşdə sevgi təklifləri alırsınız?

- Olur bəli. Çox iyrənc baxışlarla rastlaşıram. Baxışları görürəm, amma onlara məhəl qoymuram. Çox kişinin xəyalındakı xanımam. Çox xanım bu gün mənə mənfi rəy bildirib məni qınasa da, həmin qınayan xanımların ürəyi gedir mənim olduğum yerdə olmaq üçün.

67db31b372b02202503250555

- Sevgiliniz var?

- Şəxsi həyatımla bağlı heç yerdə danışmamışam. Mənim kimi bir xanımın diqqətini cəlb etmək o qədər də asan deyil. Elə bir bəy yoxdur ki məni özünə aşiq eləsin.

- Özünüzə çox güvənirsiniz. Çox iddialısınız. İşinizlə bağlı özünüzü harada görmək istərdiniz? Əldə etmək istədiyiniz hansı uğur var?

- İşimi çox sevirəm. İlk növbədə bu mərhələyə gəlib çatmaq asan olmadı. Amma məqsədimə nail oldum və günü bu gün təbiiliyimlə gözəlliyimlə və boyumla çox xanım mənim yerimdə olmaq istəyir.

- Hobbiləriniz nələrdir?

- Hobbilərim... Ən çox gəzintilər, əyləncələr, bir də özüm mətbəxtdə musiqi ilə yemək hazırlamaq. Mən dadlı yeməklər də hazırlaya bilirəm, yeməyi daha çox sevirəm.

Müsahibəyə vaxt ayırdığınız üçün təşəkkürlər.

67db2fab1b8ec20250325571567db2faadcc93202503255714