Ağadadaş Ağayevin tanışını vurması ilə bağlı yeni məlumatlar - Hadisə yerindən görüntülər - VİDEO

23 İyul 2024
669f84a3c2530202407242331
1586

Xalq artisti Ağadadaş Ağayevin balta ilə insident törətdiyi ərazidən görüntülər yayımlanıb.

Hadisə yerindən İctimai TV-də reportaj yayımlanıb.

Həmin görüntüləri təqdim edirik:

***

Xalq artisti Ağadadaş Ağayevlə bağlı baş verən insidentin bəzi təfərrüatları məlum olub.

Show.az Apa-ya istinadən bildirir ki, hadisə Binəqədi rayonu ərazisində Xalq artisti Ağadadaş Ağayevin yaşadığı binanın həyətində, özəl klinika ilə üzbəüz yerləşən ərazidə baş verib.

Xəstəlikdən əizyyət çəkən Xalq artistinin halı pisləşdiyi üçün klinikadan yardım istəyib. Evinin eyvanına çıxan Ağadadaş Ağayev xəstəxananın personalına müracətlə vəziyyətinin pis olduğunu, təcili həkim yardımına ehtiyacının olduğunu deyib. Mühafiçəçi isə onu klinikaya dəvət edib. Bu zaman A. Ağayev əlində olan baltanı mühafizəçiyə tullayıb. Balta yerə düşəndən sonra orada işləyən xadimənin ayağına dəyib.

Qeyd edək ki, A. Ağayev uzun müddətdir ki, onkoloji xəstəlikdən əziyyət çəkir.

Xəbər verdiyimiz kimi, Xalq artisti Ağadadaş Ağayev Binəqədi rayonu ərazisində yerləşən özəl tibb müəssisəsinin gözətçisiylə mübahisə edib. Mübahisə zamanıı müğənni əlindəki baltanı ona tərəf atıb. Hədəfdən yayınan balta yaxınlıqda olan qadının ayağına dəyib.