Şəhəri bir-birinə qatan xanım saxlanıldı - “Day-dayım var sürürəm” - VİDEO

03 İyul 2024
668559b2e130a202407240122
2799

Gəncədə yol hərəkəti qaydalarını pozan xanım sürücü özünü videoya çəkərək sosial şəbəkə hesabında paylaşıb.

Show.az xəbər verir ki, sürücü Aysu Nurəliyeva idarə etdiyi 77-FB-782 qeydiyyat nişanlı "Chevrolet" markalı avtomobillə manevr qaydalarını pozub.

Paylaşdığı videonun rəy bölməsində sürücülük hüququnun olmadığını və ona verilən suala cavab olaraq "day-dayılıq" edəninin olduğunu bildirib.

Xanım sürücü dəfələrlə "Rent a Car"dan bir sıra avtomobillər götürərək qayda pozuntuları törədib.

Həmin görüntüləri təqdim edirik:

(avtosfer.az)