Rafael İsgəndərovdan haqqında yayılan ölüm xəbərinə reaksiya – FOTO

14 İyul 2024
669405f8ee3f6202407240808
1042

Əməkdar artist Rafael İsgəndərovun “Tok-Tok” platformasında ölüm xəbəri yayılıb.
Show.az xəbər verir ki, aktyor “İnstaqram”da paylaşım edərək yayılan şayiəyə sərt reaksiya verib:
“Bu yalan xəbərləri yayanlar, mənim əziz və doğmalarıma, qohumlarıma, dostlarıma yaşatdığınızı, Allah sizinkilərə də yaşatsın. Qarğış deyil, duadı. Mənə görə narahat olub, zəng edib maraqlanan və inanıb rəhmət diləyənlərə təşəkkür edirəm. Şükür Allaha sağ və salamatam. Xalqımızın da sağ-salamat olmasını tək Allahdan yalvararaq diləyirəm. Amin!”.