“Prezidentin helikopterinin ardınca uçurduq, birdən…” – Şahid şok sirri açdı

22 May 2024
664d79ff07a0b202405245215
678

İran prezidenti İbrahim Rəisinin həlak olduğu helikopter qəzası ilə bağlı maraqlı detallar açıqlanıb.

Show.az yenisabah.az-a istinadla xəbər verir ki, prezident aparatı rəhbəri Qulam Hüseyn Esmaili televiziyada hadisə ilə bağlı ona verilən sualları cavablandırıb.

Dövlət rəsmisi bildirib ki, günorta namazını qıldıqdan sonra Təbriz istiqamətində yola düşüblər: “Hava aydın idi, narahat olmağa heç bir əsas yox idi. Yarım saat havada qaldıqdan sonra, Sunqun mis mədəninə çatmazdan əvvəl kiçik bir bulud parçası göründü…”.

Hüseyn Esmaili jurnalistin suallarını belə cavablandırıb:

– Deməli duman yox idi?

– Yox. Yerdə duman var idi, amma irəlilədiyimiz istiqamətdə yox. Ancaq kiçik, dar bir ərazidə, uçurumun üstündə kiçik bir bulud parçası var idi. Hündürlük baxımından bu bulud uçuşumuzun hündürlüyü ilə eyni hündürlükdə idi…

Qrupun komandiri olan indi şəhid olan helikopterçi qalan pilotlara buludların üstünə çıxmağı əmr edəndə orada idi. Biz prezidentin helikopterinin arxasınca uçan 3-cü hava gəmisində idik. Buludların üstünə gəldik, təxminən 30 saniyə irəlilədik. Pilotumuz birdən anladı ki, prezidentin göyərtəsində olduğu əsas helikopter itib…

– Yüksəklikdən sonra helikopteri bir daha görmədiniz?

– Bəli, buludların üzərinə qalxdıqdan sonra əsas helikopteri görmədik…

 – Hava şəraitinin təhlükəli olması ilə bağlı proqnoz yox idi?

– Yox… Az sonra aşağını görə bildik və artıq bulud yox idi və biz mis mədəninin ərazisinə çatdıq. Ancaq başa düşdük ki, pilotumuz qəfil geri dönüş edir, soruşdum ki, niyə? Dedi ki, helikopterlərimizdən biri itib. Onların təcili eniş etdiyini təxmin edirik, çünki onunla artıq radio əlaqəmiz yoxdur. Soruşdum ki, sonuncu dəfə nə vaxt əlaqə qurulub? Pilot cavab verdi: “Bir dəqiqə 30 saniyə əvvəl, pilot bizə buludların üzərinə qalxmağı əmr edəndə…”.

Pilotumuz ərazinin ətrafında bir neçə dəfə dövrə vurdu, lakin buludlu dərə bizim üçün görünməz idi və həmin əraziyə daxil olmaq çox riskli idi. Bir neçə dəfə radio ilə əlaqə yarada bilmədik. Araşdırma üçün Sungun mis mədəninə 30 saniyədən sonra eniş etməyə məcbur olduq.

Uçuş zamanı sərnişinlərlə, o cümlədən mühafizəçi, Şərqi Azərbaycan valisi, cənab Abdullahian və Təbrizin imam-cüməsi ilə davamlı əlaqə saxlamağa çalışdıq…

Bir neçə cəhddən sonra prezidenti müşayiət edən kapitanın mobil telefonuna zəng edəndə kimsə telefonu götürdü. Bu, Təbrizin imam-cüməsi Ayətullah Ali-Haşim idi. Bizə dedi ki, özümü yaxşı hiss etmirəm. Bizə xüsusi bir şey demədi.

Ondan soruşdum ki, nə olub? O, bizə nə baş verdiyini bilmədiyini dedi, harada olduğunu soruşduqda da bilmədiyini dedi. O, yalnız görə bildiyini təsvir etdi, məsələn, ətraf ağaclarla əhatə olunub.

Mən ondan başqalarının vəziyyətini soruşdum, Ayətullah dedi ki, təkdir, başqa heç kimi görmür. Mis mədəninin təcili yardım maşınları və lazımi nəqliyyat vasitələri kimi yaxşı imkanları var idi. Biz komanda yaratdıq ki, gedib onları axtaraq. Sonra təcili yardım üçün müraciət etdik…