"Gəncliyi qınamaq da olmur. Günün tələbinə uyğun özləri üçün repertuar seçirlər".
Bu sözləri Əməkdar artist Təyyar Bayramov "Gün ortası" verilişində deyib. Xanəndə günün tələbinə uyğun oxunan mahnılardan danışıb və bunun efirlərdə təqdim edilməsinə münasibət bildirib. Lakin T.Bayramov efirlə bağlı fikirlərini səsləndirərkən mikrofonu söndürülüb:
"Muğam müsabiqəsində 20 nəfər tanınır. İllər keçir 4-5-i bu sahədə qalır. Tələbələrimə də deyirəm ki, günün tələbinə uyğun oxuyun. Dinamik mahnılar oxusalar da xalq mahnıları canlarından çıxmayacaq. Oxuya bilməyənlər isə danışırlar. Danışırlar ki, tanınsınlar. Hamı televiziyaya baxmıran deyir, amma baxırlar. Mahnı var gündəm üçün, mahnı da var tarix üçündür. Hər yaşın öz tələbatı var. Cavan yaşda oynaq mahnılara qulaq asırlar. Yaşa dolduqca deyirlər milli muqsiqiləri əvvəl dərk etmirdik. Bu cür ifaçılar əvvəl də olub, indi də var, gələcək də olacaq. Efirlər malını satmaq üçün... (mikrofonu söndürülüb) ...Bizim mənəviyyatımızı korlayır...(mikrofonu yenidən söndürülüb) Böyüklərimizə hörmət edirik, ayağa dururuq, başda əyləşdiririk". / Axşam.az