Ailə qurmaq, uşaq istəyirəm, güclü kişi sevirəm - Pərvin ailə qurur?

Ailə qurmaq, uşaq istəyirəm, güclü kişi sevirəm - Pərvin ailə qurur?

Şou Biznes | 05.06.2025 21:44 | 255 baxış

"Ailə qurmaq, uşaq istəyirəm. Amma məni bu istəkdən soyudublar. Ana olmağı o qədər çox istəyirəm. Amma təəəssüf ki...".

Bu sözləri aktrisa Pərvin Abıyeva "Xəbərin var?" verilişində deyib. Sənətçi ailə qurmaq istəyindən danışıb. Pərvin həyatında sevdiyi şəxs olduğunu deyib: 

"Ailə qurmaq məcburi deyil. Diqqətimi çəkən biri var ki, başqası mənə lazım deyil. Deyirlər, bu qədər toya getmişəm, pul yazdırmışam. Bir modelə pul verim, gəlib otursun yanımda. O qədər saxta toy olur ki... Belə toya dəvət almışam da, amma getməmişəm".

Pərvin bəyəndiyi kişi obrazından söz açıb: 

"Çox gülən, zarafat edən, hər söhbətə atdanban kişini sevmirəm. Kişi ciddi, qadın boşboğaz olmalıdır. Qadında şıltaqlıq olar, kişiyə bunu yaraşdırmıram.

Bunu deyəndə qadınlar məni qınayıram: mən güclü kişini sevirəm. Pulu, qolu yox, xasiyyət baxımından güclü olmalıdır". / Axsam.az

Paylaş:

🔁 Oxşar xəbərlər

📣