Əməkdar artist Babək Niftəliyev Bakıda müğənni kimi dəvət aldığı toylardan birində başına gələn ilginc hadisədən danışıb.
Sənətçi adını açıqlamadığı məşhur və çox zəngin bir məmurun qızının toyuna dəvət aldığını bildirib. Lakin Babək axşam saat 11-ə kimi ona oxumaq üçün sözün verilmədiyini bildirib. B.Niftəliyev qeyd edib ki, yalnız o saatdan sonra həmin məmur ona yaxınlaşaraq cibinə 2 min manat pul qoyub və oxumayacağını bildirib. / Titul.az