Elgiz Xalq artistinin paltarında efirə çıxdı

Elgiz Xalq artistinin paltarında efirə çıxdı

Şou Biznes | 29.06.2025 14:39 | 210 baxış

"Efir öncəsi xanım Xalq artisti mənə yığdı ki, gəl, səninlə işim var. Efirə də 2 saat qalmışdı. Getdim onlara. Adını çəkməyəcəyəm. Çay içəndə ehtiyatsızlıq etdim, mürəbbə üstümə töküldü. Həyat yoldaşının köynəyini gətirdi. Efirə o geyimdə çıxdın. Üstündən 3 ay keçdi. Məclislərin birində məndən söhbət düşəndə həmin Xalq artisti deyib ki, Elgiz mənim geyimlərimlə efirə çıxıb".

Bu sözləri Elgiz Əkbər "Elgizlə izlə" verilişində deyib. O, ilk efirə çıxdığı zamanlarda müğənni Nadir Qafarzadənin ona etdiyi yardımdan danışıb:

"Mənə Nadir Qafarzadə 5 kostyum verib. Hələ efirlərə təzə çıxırdım. Dedi ki, qarderobumda qəşəng kostyumlarım var, sənə hədiyyə edim. Onları sevə-sevə geyindim. Heç kim də bilmədi ki, bunlar Nadirindir. Nə oldu, zərləri töküldü? Gözünüzdən düşdüm?" . / Axşam.az

Paylaş:

🔁 Oxşar xəbərlər

📣

📣