Səhnədə mətnin sözlərini unutduğu üçün sənətdən gedən məşhur aktyor kimdir -

Səhnədə mətnin sözlərini unutduğu üçün sənətdən gedən məşhur aktyor kimdir - "Sağ ol ki, məni yoldaşlarımın yanında utandırmadın"

Mədəniyyət |17.01.2026 12:19 | 64 baxış

Ağsadıq Gəraybəylinin sonuncu rolu: - bir dəfə məşq zamanı mətn Ağasadıq Gərabəylinin yadından çıxır. Buna görə də o, aktyor yoldaşlarını pis vəziyyətdə qoymamaq üçün sözləri özündən uydurmağa başlayır. Beləcə, məşqi yola verir. Bu, rejissor Mərahim Fərzəlibəyovun diqqətini cəlb etsə də o, qocaman sənətkara heç nə demir. Tamaşadan sonra Ağasadıq müəllim rejissora yaxınlaşıb deyir: "Sağ ol ki, məni aktyor yoldaşlarımın yanında utandırmadın. Özünü bilməzliyə vurdun. Ancaq mən bu gündən teatrdan gedirəm". Ağasadıq müəllimin son illər gözləri yaxşı görmürdü və onu səhnəyə yarıyadək Telman Adıgözəlov gətirirdi. 
Müəllif / Anar Tağıyev

🔁 Oxşar xəbərlər

📣

📣

📣