İslamda məzhəblərə, firqələrə bölünmə yoxdur

İslamda məzhəblərə, firqələrə bölünmə yoxdur

Mədəniyyət | 18.05.2025 21:41 | 129 baxış

Hazırda İslam dini bir çox məzhəb və firqələrə bölünmüşdür. Bunlardan ən böyükləri Əhli Sünnə (90 faiz) və Əhli Şiədir (10 faiz). Bu iki firqə də öz aralarında onlarla yerə bölünmüşdür. Hər məzhəbə görə də özləri haqqdır, əsl islamdır onlardan olmayanlar da düzgün yolda deyil və sapmışlar. Bu bölünmə əsasən Rəsulullahın vəfatından təxminən 30 il sonra başlamışdı. 4 Raşidi xəlifə bunların qarşısını nisbətən ala bildi lakin onlardan 3-ü şəhid edildi. 7-ci əsrin 60-cı illərindən başlayan bu ayrılma 8-ci əsrdə tam parçalanma ilə başa çatdı. Bunlardan bəziləri: Sünnilik, şiəlik, sələfilik–Hənəfi, Hənbəli, Maliki, Şafi, Cəfəri, Babi, Nəkşibəndi, Xalidi, Xarici, Bektaşi, Heydəriyyə, Meymuni, Qadiriyyə, Nöqtəvilik, Nurçuluq, Zeydilik, Ələvilik, Əhmədiyyə və.s

Quranda dəfələrlə ayrılmayın, bölünməyin, hamınız Quran ətrafında birləşin kimi əmrlər olsa da buna əməl edilmədi. Hər firqə Peyğəmbərə isnad etdiyi rəvayətləri əsas tutaraq öz firqəsinə haqq qazandırır. Amma bu məzhəbçilərin Qurandan öz məzhəblərinə dair gətirəcəkləri bircə ayə belə yoxdur. Aşağıda Qurandan 9 ayə verirəm. Bu ayələrin hamısı firqələrə ayrılmağa qarşıdır. Həcc 78-ci ayədə isə Allah əvvəl də, sonra da, qiyamətə kimi bizi Müsəlman adlandırır. Buradan da aydın olur ki, kim özünü hansısa bölgüyə aid edir Quranın 11 ayəsini göz görə-görə inkar edir. Quran belələrinə xitab edir: Bəqərə 85. Siz kitabın bir hissəsinə inanıb, digər qismini inkar edirsiniz? Sizlərdən bu cür işlər görənlərin cəzası dünyada yalnız rüsvay olmaq, qiyamətdə isə ən şiddətli əzaba düçar olmaqdır. Allah etdiklərinizin heç birindən qafil deyildir.

Ali İmran 103. Hamılıqla Allahın ipinə  möhkəm sarılın və firqələrə bölünüb bir-birinizdən ayrılmayın. Allahın sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən O sizin qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz oddan olan bir uçurumun kənarında ikən O sizi oradan xilas etdi. Allah Öz ayələrini sizin üçün bu şəkildə aydınlaşdırır ki, haqq yola yönəlmiş olasınız.

Paylaş:

🔁 Oxşar xəbərlər

📣