Azğınlaşmış qadınların əlindən şəhər biabırçı vəziyyətdədir - Aktyor

Azğınlaşmış qadınların əlindən şəhər biabırçı vəziyyətdədir - Aktyor

Şou Biznes | 01.07.2025 11:34 | 233 baxış

Tanınmış aktyor Türkay Cəfərli Olay.az-a müsahibə verib. Müsahibəni bir hissəsini təqdim edirik:

-Elə istedadlı aktyorlar var ki, elə insanlarla Tiktokda canlı yayımlar açırlar, sanki özlərini təhqir etmiş kimi çıxır.

Bu, o deməkdir ki, özlərinə hörmət etmirlər.

 

- Əsasən açıqlamalarınız, statuslarınız çox sərt olur. Məsələn, hansındasa adınız, ya da şəkliniz olmasa, onu yaşlı aktyorlardan kiminsə dediyini düşünərəm. 

Həyatda ən çox sevmədiyim şeylərdən biri ədalətsizlikdir. Onun üçün hayqırtım hər yeri bürüyür. Düzdür, özüm deyirəm, özümə qalır. Amma özümlə bacara bilmirəm. Bu sahənin içində olanlara öyrəşmişik. Qıraqda olanlara deyirəm ki, sakit yanaşım. Son bir ildir sakitləşməyə başlayıram ki, çox şeyə reaksiya verməyim. Amma mövzu açılanda, elədir ki, gedir. Yumşaq yazanda qapını açıq qoyurlar ki, hər an sən tərəfə gələ bilərəm. Mən də elə mövqe yoxdu. Bu qapı bağlanmalıdırsa, səninlə tək söhbət etməliyəmsə, üçüncü burada nə azzarı var? Ona görə kobud yox, sərt yazıram. İnsanlar bəzən bisavadcasına yanaşırlar. Deyirəm, tənqid edirsənsə, səbəbinə bax, araşdır. Düzdürsə, deyəcəm ki, üzr istəyirəm. Amma bisavadcasına bunu edirsənsə, adamın səbri tükənir. Bir deyil, beş deyil, günü gündən artır. Hamı özünə ad qoyur, baxırsan ki, biz hansı cəmiyyətdə yaşayırıq? Mənim böyüdüyüm cəmiyyət başqa cür idi, təmiz idi. Nə dəyişdi? Sosial şəbəkələr kimləri dəyişdi? Baxıram ki, çoxunu dəyişdi. Hamısı bunların təsiridir. Məcbur oluram ki, sərt yazam, yumşaq yazanda deyirlər ki, mənə aid deyil, filankəsə aiddir.  Məcbursan, ya ad çəkəsən, ya da nöqtə qoyasan.

 

- Müsahibənizi oxuyuram, demisiniz ki, qadınlar azğınlaşıb, müştəri axtarırlar. Bu, çox sərt ifadə deyil?

- Yox. Niyə sərtdir ki? İnstaqrama, TikTok-a girin, qadınların çoxunun aqibətinə baxın. Mən heç nə deməyəcəm, özləri danışacaq. Mənim üçün qadın əvvəl daha saf mövqe idi. Yaxşı qadın həmişə var, 100-dən 10-u həmişə olacaq. Artıq 90 nəfər o qədər pozub ki, mənim üçün vau deyəcəyim qadın yoxdur. Hamısı bir-birinə oxşayır, çoxu iyrəncdir, çoxunda maraq yoxdur, məqsədləri birdir. Pul tələsidir. Mən bilirəm ki, pul həyatın özüdür, gözəldir. Amma insan doğulanda vicdan, mənəviyyat hissi olur. Onları da pozan bizim bəzi mənəviyyatsız, şəxsiyyətsiz kişilərdir. Onlar sağlam həyatı qoyub çirkin həyatdan yapışırlar. Ona görə deyirəm ki, azğınlaşıb. Burda da hər iki tərəf günahkardır, kişi olmayan kişiciklər, qadın olmayan qadıncıqlar. Bunu da leqallaşdırıb, cəmiyyətə yayırlar, virus kimi. Kənarda nə edirsən, et, bunu leqalaşdırma. Əvvəldə var idi, az idi, hərə öz işini gizli edirdi. İndi qorxmadan açıqca edirlər. Düşünmürlər ki, buna uşaq baxır, ailə baxır. İndi hansısa ailə şəhərə normal çıxa bilmir. Şəhər biabırçı vəziyyətdədir, həmin azğınlaşmış qadınların, 16 yaşında küçə uşaqlarının, tərbiyəsizlərin, böyük-kiçik yeri bilməyənlərin ucbatından. Baxırsan ki, yaş fərqi çox deyil, uzağı 15 yaş fərqi var. 15 ildə nə dəyişdi? Bir ölkənin mədəniyyəti 100 ilə dəyişir. On-on beş ildə bizə nə oldu? Anlaya bilmirəm.

 

Paylaş:

🔁 Oxşar xəbərlər

📣

📣