Qəzadan sonra hadisə yerində qaçan naməlum adam kimdir? - Bir saat sağ qalan kim olub? - ABŞ qəza səbəbini açıqladı - Yeni təfərrüatlar

20 May 2024
664b664e40f10202405240342
10857

"İran prezidentinin uçduğu "Bell 212" helikopteri çətin hava şəraitində uçuş üçün yararsız olub".

Show.az xarici mediaya istinadən xəbər verir ki, bunu həvəskar pilot, kiçik təyyarələri müstəqil şəkildə idarə edən Yulian Repkedeyib. O bildirib ki, bu uçuş heyət üzvləri üçün "intihar" demək idi:

"İran prezidenti 1990-cı illərdə istehsal edilmiş Bell 212 helikopterində idi. Bu helikopter əvvəllər İran ordusunda istifadə edilib, sonradan mülki görüntü vermək məqsədi ilə rəngləyiblər".

Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Al-Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti 19 mayda Şərqi Azərbaycan vilayətində baş verən helikopter qəzasında həlak olub. İlkin məlumata görə, qəzaya səbəb qatı duman olub. 

Qəzaya düşən Bell 212 helikopterləri ABŞ istehsalıdır.

***

Prezident İbrahim Rəisini daşıyan helikopterin qalıqları yaxınlığında dron görüntülərində bir nəfər aşkarlanıb.

Show.az  Axar.az-a istinadən xəbər verir ki, bu barədə İran mediası görüntülər yayıb.

İran bu görüntünü “sui-qəsd” iddiaları ilə yanaşı müzakirə edir.

Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Al-Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti 19 mayda Şərqi Azərbaycan vilayətində baş verən helikopter qəzasında həlak olub.


***
İran prezidenti İbrahim Rəisinin helikopterinin qəzaya uğraması nəticəsində həlak olanların hamısının cəsəd qalıqlarının şəxsiyyəti dəqiqləşdirilib.
Show.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Böhran İdarəetmə Mərkəzi bildirib ki, DNT testinə ehtiyac yoxdur.

Qeyd olunur ki, hadisə yeri aşkarlanarkən Təbriz şəhərinin cümə imamı Məhəmməd Ali əl-Haşimin cəsədi digərlərininki ilə müqayisədə daha yaxşı vəziyyətdəymiş – az yanıbmış. Onun qəzadan sonra təxminən bir saat sağ qaldığı və hətta İran Prezident Administrasiyasının rəhbəri ilə telefon əlaqəsi saxladığı da bildirilir.

Mayın 19-da İranın Şərqi Azərbaycan əyalətində prezidenti daşıyan helikopter qəzaya uğrayıb. Qəza nəticəsinə dövlət başçısı İbrahim Rəisi ilə yanaşı, helikopterdə olan xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Şərqi Azərbaycan əyalətinin qubernatoru Malik Rahmati, Təbriz şəhərinin cümə imamı Məhəmməd Ali əl-Haşim, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) generalı, Prezident qvardiyasının rəhbəri Mehdi Musəvi və daha bir neçə nəfər həlak olub.

***

İran Prezidenti İbrahim Rəisinin olduğu helikopter bədbəxt hadisə nəticəsində qəzaya uğrayıb.   

Show.az metbuat.az-a istinadən xəbər verir ki,  bunu ABŞ Senatındakı Demokratlar Partiyasının rəhbəri Çak Şumer deyib. O, ABŞ kəşfiyyatının qəzaya dair başqa dəlil tapmadığını deyib:

"Dumanlı hava olub. Belə görünür ki, bu, bədbəxt hadisədir".