Faciəvi şəkildə ölən Əlinin fotosu - Toya gedibmiş

09 May 2025
681e2b69c9911202505252057
183

Bərdədə çayda boğulan 15 yaşlı yeniyetmənin meyiti tapılıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Qeyd olunub ki, Nazirliyin "112" qaynar telefon xəttinə Tərtər çayının Bərdə şəhərindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar əraziyə cəlb olunan FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən çayda batmış 2010-cu il təvəllüdlü Əli Bəxtiyar oğlu Fərəcovun cəsədi suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

***

17:07

Bərdədə 15 yaşlı yeniyetmə Tərtər çayında boğulub.

Ağdam rayon sakini 2010-cu il təvəllüdlü Əli Fərəcov Tərtər çayının Bərdə şəhəri ərazisindən keçən hissəsində boğulub.

Hələlik onun hansı şəraitdə çaya düşdüyü məlum deyil.

İlkin məlumata görə, Ə.Fərəcov Tərtər çayının sahilinə yaxın olan şadlıq saraylarından birində toyda iştirak edib. Qafqazinfo.az onun fotosunu təqdim edir: