Bakıda bəy tanınmış müğənnini açıq geyiminə görə toydan qovdu - Get əyninə paltar geyin

30 Yanvar 2025
6737a8a963983202411240145
1797

​Azərbaycanda toyda qeyri-adi hadisə yaşanıb.

Hadisə Bakıdakı şadlıq saraylarından birində baş verib. Bəy öz atasını və müğənnini toyundan qovub.

Hadisəyə müğənninin açıq-saçıq geyimi səbəb olub. Məlumata görə, atanın başı toydan çox həmin müğənniyə qarışıb. Onunla çox rəqs edib və uzun müddət ətrafında dolaşıb. Bu da bəyin xoşuna gəlməyib. Nəticədə əsəbiləşən bəy atasını və müğənnini toydan qovub.

Xanım müğənninin adı çəkilməsə də, onun tanınmış və fəxri adı olduğu bildirilir. / Lent.az