Bakı-Şamaxı yolunda ağır qəzaya düşən müğənni Türkiyəyə aparıldı - FOTO

17 Aprel 2024
661eeccaa4d82202404242530
5605

Bakı-Şamaxı yolunda sürücüsünün idarə etdiyi avtomobil ilə ağır qəzaya düşən müğənni Baba Dərələyəzli dördüncü dəfə əməliyyat olunub. 

Show.az xəbər verir ki, Titul.az-ın əldə etdiyi xəbərə görə, qısa zamanda Azərbaycanda mahnıları ilə geniş tamaşaçı kütləsi toplamağı bacaran müğənni 3 il öncə düşdüyü ağır qəzadan sonra növbəti dəfə vacib əməliyyata girib. Bu dəfə müğənniki Baba İstanbula aparılaraq orada əməliyyat olunub. O hazırda Türkiyənin nüfuzlu "ACIBADEM" xəstəxanasında yatır.

Qeyd edək ki, Baba 2021-ci ilin noyabr ayında ağır qəzaya düşüb. Bu qəza nəticəsində daxili orqanları yararsız hala düşən müğənni, ayağının da bir çox nahiyyəsindən aldığı sınıq xəsarətləri səbəbindən xeyli zamandır ki, yataqdan qalxa bilmir. Onun Bakıda edilən ilk əməliyyatı uğursuz alınıb. Bu, müğənninin ardıcıl dördüncü ağır əməliyyatıdır.

Xatırladaq ki, müğənni 2021-ci ildə iki ayın içində bir-birinin ardınca iki cavan qardaşını da itirib. Müğənni onların dünyadan köçməsindən sonra bu ağır qəzanı keçirib.