Atanı çıxarıb oğulu yerinə təyin etdi - Azərbaycansayağı təyinat

09 May 2025
681e4be1e2bac202505253929
264

"Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi" publik hüquqi şəxsin (AAYDA) Şabran rayonu üzrə "3 nömrəli Yol İstismar" İdarəsinin rəisi Rafiq Kərimov vəzifəsindən azad olunub. Bu barədə AAYDA İdarə Heyətinin sədri Saleh Məmmədov tərəfindən müvafiq əmr imzalanıb.

Agentlik sədrinin digər əmrinə əsasən, həmin vəzifəyə Elməddin Rafiq oğlu Kərimov təyin edilib.

Qeyd edək ki, Elməddin Kərimov işdən azad edilən Rafiq Kərimovun oğludur. / Qaynarinfo.az