Efirdə duyğulu anlar - Günay göz yaşlarını saxlaya bilmədi - VİDEO

08 May 2024
Gunay
1341
ATV-də yayımlanan "Günaylı gün" verilişində duyğulu anlar yaşanıb.

Show.az xəbər verir ki, Günayın sinif rəhbəri canlı yayıma telefon vasitəsi ilə qoşulub. Müəlliməsinin səsini eşidən Günay kövrəlib və gözyaşlarına hakim ola bilməyib.

Aparıcı hisslərini bu sözlərlə ifadə edib: 

"Mən Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Faiq Rəfiyev adına 166 nömrəli məktəbdə oxumuşam. Nə yaxşı ki, varsınız. Məni çox kövrəltdiniz. Bu efir yaddaşıma yazıldı. Bir anlıq məktəb illərinə qayıtdım və o hissləri yenidən yaşadım. Baharə xanım mənə çox doğma olan bir müəllimdir. Mən sinif nümayəndəsi idim. Onun bütün işləri mənimlə olurdu, bütün məsuliyyət mənim çiyinlərimdə idi. O mənə çox güvənirdi".

Ətraflı videomaterialda: