“50 yaşında kişiyə ərə getmək istəyərəm” - VİDEO

11 May 2024
Turkan Velizade
5933

"Bu gün mənim 34 yaşım var. Özümdən 1-2 yaş böyük kişi ilə ailə qurmaq istəmərəm. 45-50 yaşlarında olan kişiyə ərə getmək istəyərəm".

Show.az xəbər verir ki, bu sözləri müğənni Türkan Vəlizadə qonaq olduğu "Rəngarəng səhər" verilişində deyib.

Özündən yaşca böyük kişi ilə ailə qurmaq istədiyini söyləyən müğənni bildirib ki, 45-50 yaş kateqoriyasında olan kişilər dünyagörmüş, ailəcanlı olurlar.

O, ailə qurmaq üçün kişinin daha yaşlı olmasının tərəfdarı olduğunu söyləyib: "Məndən yaşca kiçik və həmyaşıdımla evlənmərəm. Ailə quranda onu idarə etmək lazımdır. Bunun üçün isə yaş və təcrübə çox önəmlidir. Maddiyyat və mənəvi zənginlik də önəmlidir". /bizim.media