“Zooparka gedib, iki saat heyvanlarla dərdləşdim” - Mətanət Əsədova - VİDEO

12 Aprel 2024
Metanet esedova
1274

Müğənni Mətanət Əsədova maraqlı açıqlaması ilə gündəmə gəlib. 

Show.az bizim.media-ya istinadən xəbər verir ki, sənətçi qonaq olduğu verilişlərin birində zooparka gedərək orada heyvanlara dərdini danışdığını söyləyib.

“Bu həyatda anamdan başqa heç kimə etibar etmirdim. Bir sözüm, dərdim, sevincim olanda və kimsə üstümə gələndə anamın məzarının üstünə gedib, ziyarət edirəm. Başımı torpağa qoyub onunla danışıram. Bu yaxınlarda zooparka getdim. Orada iki saat oturub, heyvanlarla dərdləşdim.

Dünyada iki aləm var. Biri insanlar, biri də heyvanlar aləmi... Meşəyə gedəndə görürsən ki, bu, tülkü, bu, canavar, bu, çaqqal, bu, pələng, bu, ayı, bu, meymundur və s. Amma insanların içində ayırmaq olmur, hansı ilandır, hansı tülküdür, hansı aslandır. Bilmirsən bunları. Ətrafımızda insan görkəmində heyvanlar çoxdur. Bilmirsən ki, kim kimdir. Belə şəxslərdən uzaq olmaq üçün çəkilmişəm bir kənara. Bunu etməklə öz abır-həyamı qorudum. Özümə dedim ki, abırsızlardan abrını gözlə... Olmaz! Çəkildim bir kənara və sükuta qərq oldum”, - deyə M.Əsədova vurğulayıb.