Zaurun göndərdiyi öpüş mesajına görə iş adamı müğənni arvadını boşadı - Şok

05 Noyabr 2024
6729e5d47e0c1202411243100
9858

Aparıcı Zaur Kamal müğənni qonağı olan Afət Fərmanqızını ikinci həyat yoldaşından boşandığı üçün efirdə qınayıb.

Xanım ifaçı ayrılığa səbəb dostlarından, sənət yoldaşlarından gələn səmimi mesajların az rol oynamadığını, həmin mesajlara görə tez-tez qısqanıldığını bildirib.

Afət elə mesajlardan birini də məhz elə Zaurun göndərdiyini açıqlayıb:

"Göndərdiyin o öpücük mesajına görə onda bir dəfə dalaşdı mənlə. Deyir, o, sənə niyə "ürək" atır".

Zaur müğənninin bu açıqlamalarına "Afət, sənlə bir yerdə qalmaq, bir yastığa baş qoymaq asan bir iş deyil", - sözləri ilə reaksiya verib. / Titul.az