Zaur vəfat edən meyxanaçı barədə təsirli faktı açıqladı

03 Dekabr 2024
674eb5a93a952202412243921
347

Zaur Nəbioğlu aparıcısı olduğu “Rəngarəng” verilişində ötən gecə qəfil dünyasını dəyişən meyxanaçı Xəyyam Əhmədlidən söz açıb.

 Zaur proqramda bildirib ki, söz xiridarı yaşasaydı, dekabrın 5-də əməliyyata yollanacaqdı. 

“Səhərə kimi yatmamışam. Bildiyiniz kimi, neçə gün idi ki, efirdən meyxanaçı Xəyyam Əhmədli üçün musiqi və meyxana aləminə səslənirdik. Onlar da, biz də əlimizdən gələni etdik. Bəziləri düşünə bilər ki, sən Zaur bu Xəyyama yardım çağırışını keçən həftə etdin. Bəs niyə bu günə qədər o yollanmamışdır əməliyyata? Cavab verim ki, efirdə açıqlaya bilməyəcəyim Xəyyamın şəxsi məsələləri və səbəbləri var idi. Bu səbəblərin nədən ibarət olduğunu isə biz, ailəsi və ona yaxın insanlar bilir. Həyat imkan versəydi, qismət olsaydı, Xəyyam dekabrın 5-i, yəni sabah yox birisi gün əməliyyata yollanacaqdı. Amma olmadı. Xəyyam dünyasını dəyişdi. Allah rəhmət eləsin”, - Z.Nəbioğlu vurğulayıb.

Qeyd edək ki, Xəyyam ürəkçatışmazlığından əziyyət çəkirdi. Onun qarnına su yığıldığı üçün ürəyini yenidən əməliyyat etmək mümkün deyildi. Meyxanaçının sağalması üçün ona qiyməti 130 min dollarlıq süni ürək aparatı lazım idi. Həmin məbləğin toplanılmasında meyxanaçılar bir araya gələrək yardıma başlamışdılar. Aparıcı Zaur Nəbizadə isə verilişində bir şəxsin Namiq Qaraçuxurlunun vasitəsi ilə çatışmayan həmin məbləğin tamamlamaq istədiyini açıqlamışdı. / Sfera.az