“Zaur”um olsa, öpüşərəm onunla, yatağa girərəm" - Tolik

10 İyun 2024
Tolik Tarix Eliyev
3201

Aparıcı Tarix Əliyev son zamanlar Təhminə obrazına çəkilmək istədiklərini deyən aktrisalardan danışıb.

Show.az olay-a istinadən xəbər verir ki, o, ad çəkmədən Xalq artisti Naibə Allahverdiyevanın ünvanına sərt sözlər söyləyib. Bu barədə Əliyev "Tarixin bir günü" verilişində söz açıb.

"Son zamanlar bütün aktrisalar öpüşmək sevdasına çıxıb. Bizim bir Xalq artistimiz var deyir, "Mən o vaxt Təhminə obrazıyla "Tələsmə, Zaur" demək istəyirdim". Dəb halı aldı. Bu gün kim çıxır ortalığa, deyir mən o obrazı istəyirəm. Mehriban Xanlarova yazıq o vaxt bir dəfə dedi ki, "Mən oynamalıydım". İndi bizim aktrisamız var, Xalq artistidir "Xəbərin var?"da danışıb. Deyir ki, "Mən indi də oyanayaram". Yəni bu yaşda da yataq rolunu oynamaq istəyirlər. Biz bu gün nəyi göstəririk? Demokratiyada bunu göstərmək istəyirik ki, biz azad ölkəyik, yəni nənə obrazında qadınlar belə obraza çəkilsin? Mən başa düşmürəm biz tamaşaçıya nə göstərmək istəyirik? 60 yaşında olan qadın deyir indi də oynayaram. Yəni indi də bir "Zaur"um olsa, öpüşərəm onunla, yatağa girərəm. Biz bu gün nənəni hansı obrazda görmək istəyirik? Nəsibə Zeynalova kimi, yoxsa nənə desin ki, "Zaur, tələsmə"? Mənim elə nənəm olsa, aparıb qocalar evinə qoyaram", - deyə, o, bildirib.