Yollarda nə tıxac gördüm, nə də su basmış yer, camaat nədən şikayət edirsiniz? - Azər Həsrət

22 Oktyabr 2024
6717f0190ee50202410243401
2808
Əməkdar jurnalist Azər Həsrət: “Camaat, niyə şikayət edirsiniz? Mən səhər saat 9: 30-da evdən çıxdım. Maşınla. “İki Sahil” TV-yə getdim. Oradan çıxıb Elmlər Akademiyasına getdim. Orada da işimi bitirib saat 12:30 üçün evə döndüm – Naxçıvani küçəsinə. Nə bir tıxac gördüm, nə də su basmış bir yer. Yollar tərtəmiz, açıq, hərəkət də hətta adi günlərdəkindən daha rahat oldu. Yəni şikayətim yoxdur. Amma, düzdür, radioda deyirdilər ki, filan yeri su basıb, filan küçə bağlanıb və s...”.