Yerli və xarici məşhur ulduzlar Bakıda dəbdəbəli toyda - VİDEO

09 İyun 2024
6665ac86781af202406242214
10329

Ötən gün Bakıda daha bir dəbdəbəli toy keçirilib.

OLAY-ın əldə etdiyi məlumata görə, gecənin səbəbkarları İsgəndər və Nuranə olub.

Cütlüyün toyunu Əməkdar artist Abbas Bağırov idarə edib. Aparıcılar isə Tural Əsədov və Leyla Quliyeva olub. Gecədə rusiyalı məşhur müğənni Leonid Aqutin, türk ifaçı Rafet El Roman, Xalq artistləri Alim Qasımov, Natiq Şirinov, Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Röya Ayxan, reper Elşad Xose, müğənni Elnur Hüseynov səhnə alıb.

Qonaqlar sırasında Zaur və Günay cütlüyü, Murad Qulubəyli və başqaları olub.

Gecə dekoru və tərtibatı ilə də diqqət çəkib. Tədbirin təşkilatçısı Seva Sultan olub. Gəlinin makiyajı Anar Ağakişiyevə həvalə edilib.

Qeyd edək ki, Nuranə məşhur nevroloq Könül Hacıyevanın qızıdır.