Yaxınlıq etdiyi qadını yataq otağında qoyub duş qəbul etməyə getdi: Qayıdanda şok yaşadı

26 Oktyabr 2024
67181ac3e6d95202410243603
4100

Amerikanın Arizona ştatının Mesa şəhərinin sakini ölmüş qadının ürəyinə bıçaq zərbəsi vuraraq onun dirilməsi ritualını yerinə yetirməyə çalışıb və nəticədə həbsxanaya düşüb.

Bu barədə "Kiro 7" məlumat yayıb.

34 yaşlı Stiven Cozef Anderson 33 yaşlı Rebekka Lin Lambertlə evinin yaxınlığındakı parkda tanış olub. Cütlük Andersonun yataq otağına gedib və metamfetamin qəbul ediblər. Bundan sonra kişi duşa gedib. Yataq otağına qayıdan kişi görüb ki, Lambert ölüb.

Anderson hadisə barədə nə təcili yardıma, nə də polisə məlumat verməyib və Lamberti ritualla diriltməyə çalışıb. Bu zaman o, 12 santimetrlik bıçaqla qadının ürəyinə vurub.

İki gün sonra Andersonu küçədə bıçaq və çəkiclə görüblər. Bir neçə dəqiqədən sonra hadisə yerinə gələn polis ondan təhlükəli əşyalar atmasını tələb edib. Kişi tələbi yerinə yetirib və həbs olunub.

Amerikalı ruhi xəstəxanaya aparılıb. Saxlanılan şəxs anasına zəng edəndə uşaqları yataq otağına buraxmamağı xahiş edib. Bu xahişdən təəccüblənən qadın oğlunun mənzilinə gəlib və Lambertin cəsədini tapıb.

Polisin məlumatına görə, Anderson daha sonra qadını öldürdüyünü etiraf edib. O, həbs edilib və həbsxanaya salınıb. Həmin şəxs asayişi pozmaqda, adamın ölümü barədə xəbər verməməkdə ittiham olunub. Bundan əlavə, Anderson qanunsuz silah saxlamaqda ittiham olunacaq, çünki o, məhkum edilmiş cinayətkardır və ona bıçaq saxlamaq qadağandır. / Milli.az