"Yas mərasiminə qadın sənətçi yarıçılpaq gəldi" - VİDEO

29 İyun 2024
668055c856839202406244320
7192

Aparıcı Elgiz Əkbər Xalq artisti Hacıbaba Bağırovun yas mərasimində yaşanan hadisədən söz açıb.  

Show.az bizim.media-ya istinadən xəbər verir ki, Elgiz aparıcısı olduğu "Elgizlə izlə" ictimai- sosial verilişində bildirib ki, məşhur qadın sənətçisi yarıçılpaq halda mərhum aktyorun yas mərasiminə gəlib.  

"Mən o qadın sənətçinin adını çəkməyəcəm. Çünki ona hörmətim var və çox istəyirəm onu. Amma yas mərasiminə elə bir formada gəlmişdi ki,... Mən şok oldum. Tək mən yox, yas mərasimində olanların hamısı onu bu halda görüb ağzı açıq qalmışdı. Bu hadisə isə Xalq artisti Hacıbaba Bağırovun yas mərasimində yaşanmışdı. Orada bütün sənət adamları vardı. Birdən qapı açıldı, bu qadın içəri girdi. Hamı səsini kəsdi. Hətta orada ağlayanlar da ağlamağını dayandırdılar. İnanırsınız ağzımız açıq qaldı ki, bu nədir? Həmin qadın sənətçi yas mərasiminə lüt gəlmişdi. Adını açıqlamaq istəmirəm", - deyə E.Əkbər vurğulayıb.