“Yarışma yalnız və yalnız iyrənc görüntülərlə müzakirə mövzusu olur” - Etiraz

13 May 2024
66412959eaf1e202405244057
927

“Avroviziya” Mahnı Yarışması o qədər iyrəncləşib ki, Azərbaycan artıq ordan uzaqlaşmalıdır. Ola bilsin ki, bir vaxtlar bizim ona ehtiyacımız vardı. Amma indi o ehtiyac çoxdan ödənilib".

Show.az yenisabah.az-a istinadən xəbər verir ki bunu İTV Yayım Şurasının üzvü Azər Həsrət qeyd edib.

O bildirib ki, hər ötən il bu yarışma möhtəşəm musiqi ilə deyil, yalnız və yalnız iyrənc görüntülərlə müzakirə mövzusu olur:

"Buna da Azərbaycanın əsla ehtiyacı yoxdur. Ümumiyyətlə o yarışmanın yayımlanması da artıq bizə gərək deyil. Məncə bu işlə məşğul olanlar məsələylə bağlı qərarı gecikdirməməlidirlər".