"Yarı kişi, yarı qadın olmaqdan bezdim" - Azərbaycanlı aparıcı - FOTO

07 İyun 2024
6662f555ca8ea202406245605
7721

Aparıcı Lalə Mustafayeva növbəti dəfə ərə getmək eşqinə düşüb.

Show.az xəbər verir ki, xanım aparıcı bu barədə instaqram hesabında etdiyi paylaşımda məlumat verib.

Lalə ərə getmək istəyinə bu səbəbləri gətirib: "Deyirəm, bəlkə ərə gedim?! Subay çox qaldım axı. Çalışmaqdan bezdim, pul dərdini çəkməkdən yoruldum, yarı kişi, yarı qadın olmaqdan bezdim. Mən laiq olduğum həyat üçün darıxıram, xanım kimi yaşamalıyam".