“Yanıma gələn bəylər mənə deyir ki…” – Psixoloqdan qalmaqallı açıqlama

18 Aprel 2024
Psixoloq
9643

Tanınmış psixoloq Samirə Bağırova yenə qalmaqallı açıqlamaları ilə gündəmə gəlib.

YouTube”da yayımlanan “Künc-Bucaq” layihəsinin qonağı olan psixoloq bir sıra məsələlərə toxunub.

“Mən danışacam deyəcəklər ki, yenə belə danışdı. Dünya dəyişir, yeni qaydalar gəlir. Mən məktəbdə oxuyanda bir fikir səsləndirmişdim, bütün müəllimlərim bu fikrə görə ayağa qalxmışdılar. Demişdim ki, zaman gələcək Azərbaycanda bakirə xanıma birtəhər baxacaqlar. Mən o vaxt xarici ölkələrə gedənlərlə danışırdım, onlar deyirdilər ki, orada 20-21 yaşında bakirə olan qıza qəribə baxırlar. Oğlanlar düşünürlər ki, deməli, bu qızın psixoloji problemləri var ki, heç kəs ona yaxın getməyib. Müəyyən yaş dövründə tələbatlar var, o tələbatlar ödənməyəndə həm oğlanda, həm qızda problemlər yaranır. Elə o vaxt demişdim ki, zaman gələcək ki, bizim ölkəmizdə də bəylər xanımların bakirəliyinə o qədər də önəm verməyəcək. Gəlin təsdiq edək ki, artıq elə bir zəmanə gəlib ki, bu o qədər də önəm daşımır. Bəylər özləri gəlib deyir ki, mənə qadının bakirəliyi yox, sağlam düşüncəsidir lazımdır”.

Azərbaycanda bakirəlik mövzusundan danışan Bağırova artıq bakirəliyin kişilər üçün o qədər də önəm daşımadığını iddia edib. / Yenisabah.az