“Xoşuna gəlməyən müğənninin toy işini burmağa nə var” - Manaf Ağayevdən maraqlı açıqlama

02 Aprel 2024
660c38e0b17c5202404245704
1149

Müğənni Manaf Ağayev maraqlı açıqlama verib.

Show.az lent.az-a istinadən xəbər verir ki, müğənni şou proqramlardan birində toylara gedən müğənnilərin başqa müğənnilərin işini asanlıqla axsada biləcəyini deyib.

“Tutaq ki, getmisən toy danışmağa, deyirlər filan müğənnini də çağırmaq istəyirəm. Əgər o müğənni sənin xoşuna gəlmirsə, öz istədiyini təklif eləyirsən. Toyda müğənninin işini burmağa nə var. Bu biznes elə bunun üstündə qurulub. Mahiyyəti budur”, - o bildirib.

Bir neçə gün öncə müğənni Nura Suri həmkarı Xəyyam Nisanovun başqa müğənnilərin işini axsatdığını, başqalarının toy bazarına müdaxilə etdiyini demişdi.