Xoşagəlməz görüntüləri yayılan direktor işdən çıxarıldı - Öz iş otağında… - VİDEO

21 May 2024
664c8714005b5202405243548
3861

Ağstafa rayon Yenigün kənd E.Mustafayev adına tam orta məktəbin direktoru işdən azad edilib.

Show.az xəbər verir ki, bununla bağlı Qazax-Tovuz Regional Təhsil İdarəsindən məlumat verilib.

Məlumatda qeyd olunur ki, Ağstafa rayon Yenigün kənd E.Mustafayev adına tam orta məktəblə bağlı sosial şəbəkələrdə yayılmış videogörüntülərlə əlaqədar müvafiq araşdırma aparılıb.

"Araşdırma nəticəsində məktəb direktoru tərəfindən kollektivə qarşı etik davranış qaydalarının pozulduğu və digər neqativ hallara yol verildiyi məlum olub.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə Ağstafa rayon Yenigün kənd E.Mustafayev adına tam orta məktəbin direktoru tutduğu vəzifədən azad edilib".

Qeyd edək ki, Ağstafanın Yenigün kənd orta məktəbinin kollektivi təhsil ocağının direktorundan narazı olduqlarını bildiriblər. Onlar qeyd ediblər ki, dörd ildir məktəbə rəhbərlik edən Tamella Bayramova məktəbi diskotekaya çevirib, şagirdlərlə və müəllimlərlə çox kobud rəftar edib.

***

Ağstafanın Yenigün kənd orta məktəbinin kollektivi təhsil ocağının direktorundan narazıdır.

Onlar dörd ildir məktəbə rəhbərlik edən Tamella Bayramovanın işdən azad olunmasını istəyirlər.

"Direktor məktəbi diskotekaya çevirib. O, oğlumun saçını sual işarəsi kimi qırxdı, mən də polisə şikayət etdim. Uşaqla çox kobud rəftar edir, 17 yaşlı oğlana əxlaqsız sözlər deyir. Üç ay mənim övladım məktəbə getmədi, intihara belə cəhd etdi", - deyə valideyn narazılığını bildirib.

Daha ətraflı Baku TV-nin süjetində: