“Xəyanət” serialında qeyri-etik görüntülər etirazla qarşılandı - Video

24 Oktyabr 2024
6719f7a3e7816202410243043
2633

Audiovizual Şura “Xəzər” TV-yə “Xəyanət” serialına görə xəbərdarlıq edibmiş.

Buna səbəb aktyor Cövdət Şükürovun oynadığı Tural obrazının səhnəsi olub.

Belə ki, Tahirlə Turalın söhbəti zamanı qeyri-etik ifadə olan  p*x sözü səsləndirilib. Bununla da, “Media haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddəsi pozulub.

Şuradan verilən məlumatda “Xəzər TV-nin efirində belə halın ilk dəfə baş verməsini nəzərə alaraq, Audiovizual Şuranın üzvləri bu dəfə yayımçıya belə halın təkrarlanacağı təqdirdə inzibati sanksiyanın tətbiq ediləcəyi ilə bağlı xəbərdarlıq edilib” deyə, qeyd edilib. / Olay.az