Xəyalənin yaşı hər kəsi təəccübləndirdi – FOTO

26 Aprel 2024
662b891a4e7e7202404245938
7649

“Yaş qadının ən böyük sirridir deyiblər”.

Show.az xəbər verir ki, aktrisa Xəyalə Quliyeva “İnstagram” hesabındakı paylaşımında qeyd edib.

Doğum gününü qeyd edən sənətçi yaşını da açıqlayıb:

“Yaş qadının ən böyük sirridir deyiblər. Bu mövzuda heç vaxt sirr saxlamadım. Xoş gəldin 44. Sevincinlə, sevginlə, uğurunla gəl. Yaxşı ki doğulmuşam”.

Xəyalənin yaşı sosial şəbəkə izləyiciləri tərəfindən təəccüblə qarşılanıb. Çoxları ona bu yaşı vermədiklərini, onun yaşından çox gənc göründüyünü yazıblar.

Qeyd edək ki, uzun illərdir ki, “Qız atası” serialındakı Təhminə obrazı ilə sevilən Xəyalə, eyni zamanda, “Komedixana”nın aparıcı aktrisası kimi tanınır.

Fotoları təqdim edirik:

/yenicag.az