Xanəndənin toyda səhnə geyimini tənqid atəşinə tutdular - VİDEO

18 Aprel 2024
Perviz Qasimov
8598

Məşhur xanəndə Pərviz Qasımov məclislərin birində iştirak edib.

Show.az xəbər verir ki, qonaq olduğu toyda səhnə alan müğənninin geyimi maraq doğurub. İdman üslubunda səhnəyə çıxan ifaçı canlı muğam oxuyub.

Sözügedən görüntülər sosial şəbəkədə müzakirə mövzusu olub. İzləyicilər xanəndəni idmanla səhnəni səhv salıb kimi fikirlərlə tənqid atəşinə tutublar.

Qeyd edək ki, sənətçinin bir müddət əvvəl idman zalında məşq edərkən üst geyimsiz muğam səsləndirməsi qınanmışdı.