Vüsalədən üzücü xəbər - Çəkilişlər təxirə salındı

20 Yanvar 2025
6794084f01180202501253823
1749

Aparıcı Vüsalə Əlizadə səhhətində problem yaranıb. Bu barədə o, sosial şəbəkədə paylaşım edib.

"Səhər tezdən yuxudan mədə ağrısından oyanmışam. Son günlər həm böyüklər, həm də uşaqlardan kimlə danışıramsa, deyirlər ki, mədə ağrıları, sancıları, spazma və qaytarma halları olur. Çox pis vəziyyətdə toparlandım və işə getdim. Efir bitdikdən sonra isə digər çəkilişimi təxirə saldım" - aparıcı qeyd edib. / Yenisabah.az