Vəfat edən tanınmış idmançının bir ay əvvəl toyu olubmuş - FOTO

17 İyul 2024
6696d7628dd82202407242610
1124

Murad Heydərlinin ölüm səbəbi məlum olub.

Show.az-ın məlumatına əsasən idmançı beyin xərçəngindən əziyyət çəkirmiş.

O, dünən gecə vəfat edib.

Yaxınları bildirib ki, Muradın 1 ay əvvəl toyu olubmuş. Murad Heydərli Xanım adlı qadınla ailə qurubmuş.

Mərhum Saray qəbiristanlığında torpağa tapşırılıb.(Oxu.az)

***

Azərbaycanda cüdo məşqçisi Murad Heydərli vəfat edib.

Show.az-ın məlumatına görə, gənc mütəxəssis bu gün beyin xəstəliyindən dünyasını dəyişib.

Qeyd edək ki, 27 yaşlı M.Heydərli Abşeron İdman Klubunun cüdo üzrə məşqçi müəllimi kimi çalışırdı. Tanınmış idmançı karyerasını başa vuraraq məşqçiliyə yeni başlamışdı. Cüdoçu həm Azərbaycanda, həm də ölkə xaricində keçirilən yarışlarda bir sıra uğurlu nəticələrə imza atmışdı. (Qafqazinfo)