Toyda Əməkdar artist ilə aparıcı Zaur arasında dava – Müğənnini sakitləşdirə bilməyiblər – VİDEO

27 İyun 2024
667dbd7e2145f202406242902
15156

Toylardan birində Əməkdar artist Nigar Şabanova ilə aparıcı Zaur Kamalın sözü çəp gəlib.

Show.az Titul.az-a istinadla xəbər verir ki, vəziyyət o həddə çatıb ki, aparıcı ilə müğənni söz davasına çıxıblar.

Buna səbəb Zaur Kamalın 40 dəqiqədən çox vaxtını gözləyən Nigara söz vermək əvəzinə, sonradan məclisə təşrif buyuran başqa bir xanım ifaçını səhnəyə dəvət etməsi olub.

Aparıcının bu addımı əməkdar artisti özündən çıxarıb.