“Toppuş bacı”nın həyat yoldaşından xəbər var: "Yenidən ailə qurmağa..." - FOTO

04 May 2024
663676d074dc9202405245632
6668

Mərhum Əməkdar artist Tünzalə Əliyevanın ( Toppuş bacı) həyat yoldaşı Röyal bəyin yenidən ailə qurmağa hazırlaşdığı iddia edilib.

OLAY yazır ki, bununla bağlı sosial şəbəkələrdə məlumat yayılıb. Aktrisanın həyat yoldaşı onun öz səhifəsində açıqlama yayaraq xəbəri yalanlayıb:

“Biz ailə quranda o qədər söz yazdılar. Nə həyat yoldaşım, nə də mən ailə qurandan heç kimə bir kəlmə demədik. Həyat yoldaşım dünyadan köçdü, mən qaldım. Yenə də səhifəsində şərh sayı çox olacaq deyə bizdən yazırlar. Allahdan ar etmirsiniz?! Allah tez haqq-hesab çəkəndir, bilmirsiniz? Mənim dərdim mənə bəsdir, zatən ölmüşəm bir də siz öldürməyin. Şər atana, yalan yazana, haqqımıza girənə Allahın lənəti olsun. Mənim həyat yoldaşım var, sadəcə dünyanı tərk edib. Yaxın zamanda inşallah yenə bir araya gələcəyik. Mən ölənə kimi yoldaşıma xəyanət etməyəcəm, etsəm, Allaha xəyanət etmiş olaram”.

Qeyd edək ki, T. Əliyeva ötən il xərçəngdən dünyasını dəyişib.