Tiktoker Ləman saxlanıldı - VİDEO

11 Aprel 2024
Tiktok Leman
1272

"Tiktok"da "Ləman41" adı ilə tanınan Ləman Vəliyeva saxlanılıb.

Show.az musavat.com-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumatlar yayılıb.

Qeyd edək ki, sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslərlə bağlı polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

Qeyri-rəsmi məlumatlarda L. Vəliyevanın da bu tədbirlərlə saxlandığı bildirilir.