"Tiktok"da qəşəng qızlar var, 7-8 min pulum gedib - Üçüncü hədiyyədən sonra otelə... - VİDEO

08 İyun 2024
6664ab7a3d931202406240530
22865

Aşıq Namiq Fərhadoğlu TikTokda 8 min manat pulunu hədiyyə atmağa xərclədiyini etiraf edib.

Show.az xəbər verir ki, o, bu haqda azxeber.com saytının “Gəl danış” layihəsində danışıb.

Sənətçi, sevdiyi xanımdan Tik-Tok-a görə ayrıldığını deyib:

“Bəzən "TikTok”da görürəm ki, çox qəşəng qızlar var. Mənim də bir vaxtlar 7-8 min manat pulum getdi orda, bəzilərinə dəstək olurdum. Heç kim durduq yerdə kiməsə pul vermir. Birinci hədiyyədə izləmə gəlirdi, ikinci hədiyyədə nömrə verilirdi, üçüncüdə də otelə gedirdilər. Nəyə lazımdır bu? Bağlansa məncə də yaxşı olar. Bir qız var idi, bu yaşımda ikinci dəfə həqiqi sevgi yaşamışdm onunla. Bildim ki, o məni blok edib, TikTokda canlı yayım açır. Onu tapdım, 3,4 gün izlədim. Gördüm ilahi, orada pul üçün nələr edir bu? Halbuki, mən ona dəstək olurdum. Bu səbəbə görə ondan da ayrıldım. Mənim sevdiyim qız belə olmamalı idi! Orda kim, kimə elə belə pul verir ki? Konkret münasibətin olmalıdır ki, gəlib sənə nəsə versinlər. 50 manata görə insan özünü bu günə salar?”.