Təyyarədə sağ qalan sərnişin danışdı - Səmada 1 saat dövr etdik, sonra gördüm ki, yan tərəfə... - Video

26 Dekabr 2024
676c73799f170202412240457
9478

“Artıq yerə enəndə mən stullardan tutmuşdum. Özümə gələndə gördüm ki, sağ tərəfi partladı."

Bu sözləri Aktauda baş vermiş təyyarə qəzasından sağ çıxan qadın deyib.

Əslən Rusiyanın Vladivostok əyalətindən olan turizm agenti Kristina (soyadı açıqlanmayıb) deyib ki, toqquşmadan əvvəl təyyarə təxminən bir saat səmada dövr edib: "Stüardessa sərt eniş olacağını xəbərdar etdi, dedi ki, başını aşağı salmalısan. Eniş zamanı yan tərəfdən quşun mühərrikə dəyməsinə bənzər bir zərbə hiss etdik. Yerlə toqquşduqdan sonra huşumu itirdim. Özümə gələndən sonra ayağıma nəyinsə sancıldığını gördüm. Mən onu ayağımdan çıxarıb, salonu tərk etdim. Bundan sonra orada məni həkimlər qarşıladı və dərhal xəstəxanaya yerləşdirildim. / Musavat.com