Təyyarədə neçə nəfər sağ qalıb? - Sərnişinlərdən neçəsi azərbaycanlıdır? - Kadırov danışdı
![676bc7b5b4b0f202412245205](/uploads/image/min/2024-12/676bc7b5b4b0f202412245205.jpg)
Çeçenistan rəhbəri Ramzan Kadırov Bakı-Qroznı reysi ilə uçan təyyarənin qəzaya uğraması ilə bağlı başsağlığı verib.
Bu barədə Kadırov teleqram kanalında yazıb.
"Bakıdan Qroznıya uçan “Azərbaycan Hava Yolları” aviaşirkətinin Aktauda qəzaya uğrayan sərnişin təyyarəsinin həlak olan sərnişinlərinin yaxınlarına başsağlığı verirəm", deyə Çeçenistan rəhbəri qeyd edib.
Kadırov təyyarə qəzasından 25 nəfərin sağ qurtulduğunu bildirib. / APA
***
Xəbər verdiyimiz kimi, “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib. Rəsmi məlumata görə, göyərtədə 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.
Təyyarənin bortunda 37 Azərbaycan vətəndaşı, 6 Qazaxıstan vətəndaşı, 3 Qırğızıstan vətəndaşı və 16 Rusiya vətəndaşı olub.
Bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyinin məlumat yayıb.
Nazirlikdən əlavə edilib ki, bunlar ilkin məlumatlardır. / Sfera.az